
Ruslar bu istiqamətdə döyüşə girmək istəmirlər - Bakulin
Donetsk vilayətinin Pokrovsk istiqamətində Rusiya işğalçıları könülsüz şəkildə Ukrayna Silahlı Qüvvələri ilə birbaşa toqquşmaya girirlər, çünki onların uduzduqlarını bilirlər.
Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının 14-cü əməliyyat briqadasının “Çervona Kalina”nın mətbuat zabiti Maksim Bakulin deyib.
Onun sözlərinə görə, ruslar Pokrovsk rayonu ətrafında Müdafiə Qüvvələri ilə açıq döyüşdən yayınırlar, çünki böyük itkilər verirlər:
“Əgər onların şəxsi heyətinin keyfiyyətindən danışsaq, o, kifayət qədər aşağıdır. Çünki, çox güman ki, daha uzun müddət xidmətdə olan və yaxşı hazırlıqlı şəxsləri mütəxəssis vəzifələrinə keçiriblər. Yəni artilleriyaçılar, dron operatorları, sapyorlar... Hələ bir çox vəzifə var ki, onlar orada həqiqətən peşəkar işləyirlər. Amma piyadanın hazırlanması bir aya başa gəlir, çünki onlar böyük itkilər verirlər”.
O əlavə edib ki, hazırlıqsız rus piyadası şəhər ətrafında itirilmiş canlı qüvvəni kompensasiya etmək üçün aktiv hücuma keçir, lakin küçə döyüşlərində ruslar uduzurlar.
Oxşar xəbərlər

"Kurtlar Vadisi"nin Kılıçı pərəstişkarlarını təəccübləndirdi - Tanınmaz hala düşüb - FOTO

Trampdan rəsmi Bakıya təklif: Ermənistanla sülh və “İbrahim Razılaşmaları”

Türkiyə qırıcısı Qara dəniz üzərində təlim uçuşu həyata keçirdi

Rusiya ilə bağlı ŞOK PROQNOZ: Avqust və sentyabr aylarında...
