688e66b45f2a0202508252748

Kür çayının sahilində iməcilik keçirilib

Redaktor seçimi 02 Avqust 2025 67 baxış

Sabirabadda Kür çayının sahilində “Konstitusiya və Suverenlik İli” çərçivəsində iməcilik təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri məlumat verir ki, aksiya Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü ilə keçirilib.

İməcilikdə 500 kiloqramdan artıq tullantı yığılaraq ərazidən daşınıb.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd vətəndaşları istirahət edərkən tullantıları ətrafa atmamağa və təmizliyə riayət etməyə təşviq etmək, ictimaiyyətin diqqətini bu sahəyə yönəltməklə ətraf mühitin qorunmasına nail olmaqdır.